Azərbaycan iş adamlarının ünsiyyət və müzakirə platforması olan “Networking Azerbaijan” Biznes Klubu ölkənin HORECA (otel, restoran,kafe) sektorunun rəhbərlərini bir araya toplayıb.
Fins.az xəbər verir ki, tədbir iştirakçıları qeyri-rəsmi şəraitdə bir-birinin fəaliyyəti və yenilikləri ilə tanış olmaq imkanı qazanıblar.
“HORECA Networking Day” iş adamlarına böyük tədbirlərə hazırlıq, xidmət səviyyəsinin artırılması kimi vacib məsələlərdə təcrübələrini paylaşmaq, bir-birinin xidmətindən istifadə üçün əlaqə yaratmaq şansı yaradıb.
“Sahibkarlarımız əhəmiyyətli böyük tədbirlərə hazırlıqlarını, öz xidmət və məhsullarının keyfiyyətini daim artırmaq niyyətində olduqlarını nümayiş etdirirlər. «Networking Azerbaijan» kimi bizim məqsədimiz bir-birini tanımayan və ya bir-biri haqqında məlumatı az olan sahibkarları bir araya gətirmək, daha yaxından tanış etməkdir. «Networking Azerbaijan» iş adamları üçün sadəcə tanışlıq və ünsiyyət platforması deyil, həm də möhkəm iş birlikləri üçün zəmindir”– bunu «Networking Azerbaijan» Biznes Klubunun həmtəsisçisi Orxan Hacıyev deyib.
“HORECA NETWORKING DAY” tədbirinin sponsorları DEMO GASTRO (PORLAND), ECO PRODUCT, MECCA COLA, SAXARA idi. Tədbir iştirakçıları həm sponsorlar, həm də onların fəalliyəti ilə ətraflı tanış ola biliblər.
Qeyd edək ki, “Networking Azerbaijan” Biznes Klubu 2017 – ci ildən fəaliyyət göstərir. Bu günə kimi 4000 – ə qədər sahibkar və idarəçilər üçün ünsiyyət və müzakirəni təmin edən, yüksək səviyyədə təşkil olunmuş tədbirləri ilə tanınıb.
Zemfira Ms
Fins.az