BİZNES

22 Oktyabr

Türkiyənin yaxta limanı tutumu 194 % artıb

Türkiyənin yaxta limanı tutumu 2002-ci ildən bəri 194 faiz artıb.

Fins.az xəbər verir ki, Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Türkiyənin 2002-ci ildə 8 min 500 olan yaxta limanı tutumunu investisiyalarla 194 faiz artıraraq 25 min 38-ə çatdırdıqlarını ifadə edib.

Nazir Uraloğlu verdiyi yazılı açıqlamada Türkiyənin dəniz turizminin inkişafı ilə yerli və xarici yaxtlar üçün əhəmiyyətli bir destinasiyaya çevrildiyini qeyd edib. Yaxtların sığınacaq və yanalma ehtiyacları üçün lazımi infrastruktur üzərində işləri davam etdirdiklərini vurğulayan Uraloğlu son vaxtlar yaxta turizminə marağın artdığını bildirib. Uraloğlu Türkiyənin coğrafi mövqeyi, iqlimi və yaxtaların kruiz marşrutlarında olması ilə yüksək potensiala malik olduğuna diqqət çəkib.

Yaxta turizminin inkişafı ilə Türkiyəyə gələn yaxtalara xidmət edəcək limanların sayının artırılmasına ehtiyac olduğunu bildirən Uraloğlu nazirlik olaraq problemin həlli üçün lazım olan layihələrin həyata keçirilməsi üçün hər cür dəstəyi verdiklərini deyib.

Nazir Uraloğlu dənizçilik iş qolunda qoyulan sərmayələrə də toxunaraq deyib: "2002-ci ildə 41 olan yaxta limanlarının sayını 330 yaxta tutumlu İzmir Yeni Foça limanı ilə 63-ə çatdırdıq. 2002-ci ildə 8 min 500 olan yaxta limanı tutumunu 2002-ci ildə 194 faiz artırdıq. Davam edən və planlaşdırılan tikinti ilə yaxta limanlarımızın sayını 74-ə, yaxtaların lövbər saldığı limanların tutumunu isə 29 min 29-a çatdıracağıq".