ABŞ hökuməti, süni intellekt və digər strateji texnologiyalar sahəsində Çinə yönələn bəzi investisiyalara məhdudiyyətlər tətbiq etməyə hazırlaşır.
Fins.az xəbər verir ki, prezident Co Baydenin 2023-cü ilin avqustunda imzaladığı icra fərmanına əsaslanan bu qaydalar, Amerika investorlarının Çin ordusuna texnoloji dəstək verməsinin qarşısını almağı hədəfləyir.
Yeni qaydalar süni intellekt, yarımkeçiricilər və kvant hesablamaları kimi sahələrdə müəyyən investisiyaları qadağan edəcək və Maliyyə Nazirliyinə bəzi yatırımlarla bağlı məlumat verməyi tələb edəcək. Qaydaların yaxın günlərdə açıqlanacağı gözlənilir, lakin onların qüvvəyə minməsi üçün ən azı 30 gün tələb olunacaq.
Bu addım, ABŞ-ın milli təhlükəsizlik strategiyasının bir hissəsi kimi Çinlə texnoloji rəqabəti daha da gücləndirir.