BİZNES

21 Oktyabr

Müxtəlif əməliyyat sistemləri ilə uyğun bulud xidmətləri -AzerTelecom

AzerTelecom, “Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində müasir bulud xidmətləri təqdim edərək müştərilərinin məlumatlarının etibarlı şəkildə saxlanmasını təmin edir. Bu xidmətlər, fərdi istifadəçilərdən tutmuş iri korporasiyalara qədər geniş müştəri bazasına yönəlib.

Fins.az xəbər verir ki, AzerTelecom-un bulud xidmətləri, müştərilərə məlumatların saxlanması, idarə edilməsi və mübadiləsi üçün etibarlı platformalar təqdim edir. Müasir bulud texnologiyaları ilə təchiz olunmuş məlumat mərkəzləri, məlumatların təhlükəsizliyini təmin edir və eyni zamanda sürətli çıxış imkanı yaradır.

Bu xidmətlər, müştərilərin əməliyyatlarını asanlaşdırır, məlumatların itirilməsinin qarşısını alır və hər hansı bir zaman kəsiyində müştərilərin məlumatlarına sürətli və asan çıxışı təmin edir. Bununla yanaşı, bulud xidmətləri müştərilərə müxtəlif əməliyyat sistemləri ilə uyğun işləmə imkanı verir, bu da iş səmərəliliyini artırır.

AzerTelecom-un bulud xidmətləri, müasir iş mühitində məlumatların saxlanması və idarə edilməsi sahəsində müştərilərin ehtiyaclarını qarşılayaraq, Azərbaycanın rəqəmsal inkişafına mühüm töhfə verir.

AzerTelecom MMC 2008-ci ildən fəaliyyət göstərən və Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet operatorudur. Şirkət, “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Fuad Mədətov
Fins.az