BİZNES

18 Oktyabr

"Hill Restaurant" MMC: 25,000 manatlıq cərimə riski ilə qarşı-qarşıya

"Hill Restaurant" MMC siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xəta üzrə məhkəməyə verilib.

Fins.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol tərtib edilib.

İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində müəyyən edilmiş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarında, fiziki şəxslər 1000-2000 manat, vəzifəli şəxslər 3000-5000 manat, hüquqi şəxslər isə 20,000-25,000 manat cərimə olunur.

Məhkəmə işinə Bakı Şəhər Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədova tərəfindən baxılacaq.

Fuad Mədətov
Fins.az