BİZNES

16 Oktyabr

"Beynəlxalq Yaşıl Həftə" sərgisi üçün müraciətlər başlayıb

İqtisadiyyat Nazirliyi 2025-ci ilin 17-26 yanvar tarixlərində Almaniyanın Berlin şəhərində keçiriləcək "Beynəlxalq Yaşıl Həftə" (“International Green Week”) qida, kənd təsərrüfatı və bağçılıq sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.

Fins.az, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına istinadən xəbər verir ki, vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı 10 şirkət təşkil edəcək.

İştirakçılar müsabiqə əsasında seçiləcək.

Seçim meyarları ilə AZPROMO-nun rəsmi internet səhifəsindən (//u.to/IMv0IA) tanış olmaq olar.
 

Zemfira Ms
Fins.az