BİZNES

16 Oktyabr

Vergi siyasətində yenilik: Elektrik doldurucuları 5 il ƏDV-dən azad olacaq

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiq edib.

Fins.az xəbər verir ki, dəyişikliyə əsasən, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışının əlavə dəyər vergisindən (ƏDV) azadolma müddəti 3 ildən 5 ilə kimi artırılıb.

Qeyd edək ki, bu dəyişikliyədək elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilmişdi.
 

Zemfira Ms
Fins.az