"Caspian Energy Club" "LEF Network Azerbaijan" layihəsi çərçivəsində Latviya, Estoniya və Finlandiya şirkətləri üçün Naxçıvan Muxtar Respublikasına “Business Tour” təşkil edib.
Fins.az, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinə istinadən xəbər verir ki, işgüzar səfərdə Latviya, Estoniya və Finlandiyadan olan şirkət rəhbərləri, bu ölkələrin Ticarət palatalarının nümayəndələri iştirak ediblər.
“Business Tour” çərçivəsində “International B2G Forum” baş tutub. Forumun əsas məqsədi xarici şirkət nümayəndələri ilə yerli dövlət və özəl sektorun nümayəndələri arasında əlaqələrin yaradılmasıdır.
Forumun sonunda yerli iri və orta biznes subyektləri ilə sözügedən ölkələrdən olan şirkətlər arasında B2B görüşlər keçirilib, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub.
Zemfira Ms
Fins.az