BİZNES

15 Oktyabr

İki ölkə limanları arasında təcrübə mübadiləsi müzakirə olunub

Litvanın Klaypeda limanının baş direktoru Algis Latakasın başçılıq etdiyi nümayəndə heyətinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanına səfəri çərçivəsində tərəflər arasında bilik və təcrübə mübadilələri barədə müzakirələr aparılıb.

Fins.az xəbər verir ki, Bakı Limanının məlumatına görə, nümayəndə heyətinə limanın İpək Yolunun və qeyri-neft sektorunun inkişafındakı rolu, dayanıqlılıq və karbon emissiyasının sıfıra endirilməsi strategiyaları barədə məlumat verilib.

Qonaqlar limanın terminallarının iş prosesi ilə tanış olublar. Onlara infrastruktur layihələri barədə təqdimatlar keçirilib.

 

Zemfira Ms
Fins.az