BİZNES

11 Oktyabr

Sentyabr ayında da qiymət artımı davam edir:Hansı sahələrdə bahalaşma var?

2024-cü ilin sentyabr ayında istehlak qiymətləri indeksi 2023-cü ilin eyni dövrünə nisbətən 3,5% artıb.

Fins.az, Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə qida məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 2,9%, qeyri-qida məhsulları 1,9%, ödənişli xidmətlər isə 5,7% yüksəlib.

Cari ilin sentyabr ayında istehlak qiymətləri əvvəlki aya görə 0,3% artım göstərib, yanvar-sentyabr ayları ərzində isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,5% artım qeydə alınıb.
 

Zemfira Ms
Fins.az