ABŞ Mərkəzi Bankı, dollar əskinaslarının dizaynını vaxtaşırı olaraq dəyişdirərək, valyutanı saxtakarlıqdan daha yaxşı qorumağı və ona olan inamı saxlamağı hədəfləyir. 2013-cü ildən etibarən dövriyyəyə buraxılan yeni 100 dollarlıq əskinaslar, mavi rəngli kağız üzərində olması səbəbindən "mavi" dollar adlandırılır.
Fins.az xəbər verir ki, yeni 100 dollarlıq əskinaslar, Benjamin Franklinin portretinin daha böyük ölçüdə olması və oval çərçivənin olmaması ilə fərqlənir. Həmçinin, bu əskinasların hazırlanmasında pambıq və kətan istifadə olunur ki, bu da onlara toxunanda məxmər təəssüratı oyadır.
Yeni dollarların etibarlılığını yoxlamaq üçün bir neçə xüsusiyyətə diqqət yetirmək lazımdır: əskinasda su nişanı, mürəkkəbin rəngini dəyişməsi və mavi üçölçülü qoruyucu zolaq olmalıdır. Həmçinin, əskinasın üzərində onu verən Federal Ehtiyat Bankını müəyyən edən hərf və nömrə, eləcə də mikro çap elementləri yer almalıdır.
Zemfira Ms
Fins.az