BİZNES

11 Oktyabr

Antalya Hava Limanında sərnişin həcmi artıb

2024-cü ilin sentyabr ayında Türkiyənin Antalya Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 7% artaraq 30 milyon 916 min 709 nəfərə çatıb.

Fins.az, Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinə istinadən  xəbər verir ki, daxili reyslər üzrə sərnişin daşıma 9% artaraq 5 milyon 34 min 278 nəfər, beynəlxalq reyslər üzrə isə 7% artaraq 25 milyon 882 min 431 nəfər olub. Eyni dövrdə hava limanının yük daşınması da 5% artaraq 374 min 795 ton təşkil edib.

Ümumilikdə, 2024-cü ilin sentyabr ayında hava limanından həyata keçirilən uçuşların sayı 187 min 851 olub. Türkiyənin bütün hava limanlarında isə bu ilin sentyabr ayında sərnişin daşınması 177 milyon 135 min 729 nəfər, yük daşınması isə 3 milyon 712 min 255 ton olub.

 

Zemfira Ms
Fins.az