İtaliya gələcəkdə Azərbaycanla bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq etməyi planlaşdırır.
Fins.az xəbər verir ki, bu barədə COP29-un İqlim şəffaflığı üzrə yüksək səviyyəli həmkarı Françesko Korvaro məlumat verib. O, bərpa olunan enerji layihələri, xüsusilə enerjinin saxlanması üzərində işlədiklərini qeyd edib.
Korvaro, iki ölkənin enerji sektorunda sıx əməkdaşlıq etdiyini vurğulayıb. Təbii qaz da daxil olmaqla, istixana qazı emissiyalarını azaltmağı hədəfləyən birgə metodlar üzərində çalışdıqlarını bildirib. O, ədalətli keçid sistemi üçün təbii qazdan istifadənin dəstəklənməsinin vacibliyini vurğulayıb.
Zemfira Ms
Fins.az