Azərbaycanın 98%-i fiber optik internetlə təmin edilib.
Fins.az xəbər verir ki, bu məlumatı "İNMerge" İnnovasiya Sammitində rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov açıqlayıb.
S.Məmmədov, ölkədə minimum internet sürətinin 100 meqabit olduğunu bildirib.
O, əlavə edib ki, ilin sonuna qədər ölkənin hər bir kəndi yüksək sürətli internet xətti ilə təmin olunacaq və bu inkişaf inkluziv cəmiyyətin formalaşmasına müsbət təsir göstərəcək.
Zemfira Ms
Fins.az