Neft və qaz sektorunun inkişafı ilə paralel olaraq, inşaat materialları bazarı da müasir tələblərə uyğun olaraq irəliləyir. “Norm” ASC, bu tələblərə cavab verən və yüksək performans nümayiş etdirən kisə məhsulları təqdim edir. Bunlar arasında KLASS G (HSR) sementi, neft, qaz və digər xüsusi növ quyuların tikintisi zamanı istifadəsi ilə seçilir.
Fins.az xəbər verir ki, KLASS G (HSR), yüksək sulfata davamlı Portland sement məhsuludur. Müxtəlif təzyiq və temperatur şəraitində effektiv istifadə üçün nəzərdə tutulmuş bu sement, API Spec 10A Class G HSR və ГОСТ 1581–96 standartlarına uyğun gəlir.
KLASS G (HSR) sementinin istifadəsi aşağıdakı sahələrdə geniş yayılmışdır:
- Neft quyularının tikintisi
- Su quyuları
- Qaz quyuları
- Boru kəmərləri
- Dəniz platformalarının dayaq bloklarında təməl işləri
- Sement tıxacı
KLASS G (HSR) sementinin müasir tikinti sahələrində seçilməsini təmin edən bir sıra üstünlükləri var:
- Proqnozlaşdırılabilən tutma vaxtı: İstifadəçilərə daha planlı iş icrası imkanı təqdim edir.
- Yüksək sulfatadavamlılıq: Mürəkkəb şəraitdə davamlı performans göstərir.
- Uzunmüddətli performans: Sementin dayanıqlığı və etibarlılığı mütləqdir.
- Maye itkisinə nəzarət imkanı: İstehsal prosesində məhsuldarlığı artırır.
- Aşağı özlülük: Yüksek tətbiq rahatlığı təqdim edir.
- Mexaniki dayanıqlılıq: Tikinti işlərinin uzunmüddətli nəticələrini təmin edir.
KLASS G (HSR) sementinin tələbləri API Spec 10 A Class G HSR və GOST 1581-96 standartlarına uyğun olaraq aşağıdakı kimyəvi və fiziki xüsusiyyətlərə malikdir:
Xüsusiyyət |
KLASS G (HSR) |
Tələb |
|
SO3 (%) |
< 3.0 |
Maks. 3.0 |
|
MgO (%) |
< 2.0 |
Maks. 6.0 |
|
Közərtmədə itki (%) |
< 1.0 |
Maks. 3.0 |
|
Həll olunmayan qalıq (%) |
< 0.70 |
Maks. 0.75 |
|
C3S (%) |
50-61 |
Min. 48 – Maks. 65 |
|
C3A (%) |
< 2.8 |
Maks. 3.0 |
|
C4AF + C3A (%) |
< 18.0 |
- |
|
Na2O qələvi ekvivalenti |
< 0.75 |
Maks. 0.75 |
“Norm” ASC-nin KLASS G (HSR) sement məhsulu, müasir neft və qaz tikinti sahələrindəki tələblərə tam cavab verən keyfiyyətli materialdır. Onun üstünlük və keyfiyyət göstəriciləri, sektorda müsbət dəyişikliklərin həyata keçirilməsinə və yeni layihələrin inkişafına yönəlmiş etibarlı bir seçimdir. Bu məhsul, inşaat mütəxəssisləri tərəfindən geniş şəkildə bəyənilir və istifadə olunur.
Fuad Mədətov
Fins.az