BİZNES

07 Oktyabr

Nazirliyin Asiya İnkişaf Bankı ilə əməkdaşlıq məsələləri müzakirə olunub

İqtisadiyyat Nazirliyində keçirilən görüşdə Asiya İnkişaf Bankı ilə əməkdaşlığın prioritet istiqamətləri müzakirə olunub.

Fins.az xəbər verir ki, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Departamentinin Direktorunun müavini xanım Şiahonq Yanqla görüşüb.

Görüşdə Bankla əlaqələrin inkişaf etdiyi qeyd olunub, dövlət-özəl tərəfdaşlığı, ətraf mühit, rəqəmsal inkişaf, enerji, ölkəmizin tranzit-logistika potensialının artırılması və müxtəlif infrastruktur layihələrinin reallaşdırılmasında Bankın iştirakı yüksək qiymətləndirilib.

Tərəflər tərəfdaşlığın hazırkı vəziyyəti və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar. İqlim dəyişikliyi ilə mübarizə üçün maliyyələşmə imkanları, eləcə də, COP29 çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

 

Zemfira Ms
Fins.az