İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən keçirilən “İstehlakçı hüquqları” mövzusunda fotomüsabiqə davam edir.
Fins.az xəbər verir ki, müsabiqədə iştirak etmək üçün fotolar 31 oktyabr 2024-cü il tarixinədək [email protected] email ünvanına göndərilməlidir.
Müsabiqə iştirakçıları aşağıdakı şərtlərə əməl etməlidirlər:
- Market və ya ictimai iaşə obyektlərində, gəzinti yaxud istirahət zamanı, həmçinin iş prosesində çəkilmiş fotolar Dövlət Xidmətinin rəsmi facebook hesabındakı (//www.facebook.com/antiinhisar/?ysclid=m1ypldpj37655144235) müvafiq postun altındakı rəy bölməsinə yerləşdirilməlidir.
- Foto göstərilən tarixədək [email protected] email ünvanına göndərilməlidir (bir nəfər yalnız bir foto və yaxud foto kollaj təqdim edə bilər).
- Fotonu email ilə göndərərkən ad, soyad, yaş, əlaqə nömrəsi və facebook profilinin linkini dəqiq qeyd etmək lazımdır.
Müsabiqədə kreativ foto müəlliflərinin seçiminə üstünlük veriləcək.
Müsabiqə iştirakçıları üçün tələblər:
- İştirakçı həqiqi facebook profilindən müsabiqəyə qoşulmalıdır;
- Bir nəfər yalnız bir foto (və ya kollaj formasında) təqdim etməlidir;
- Foto postun altındakı rəy bölməsinə yüklənərkən #istehlakçıyamhüququmvar həştəqi ilə əlavə olunmalıdır;
- Müəllif hüququnu pozan fotoların müsabiqəyə təqdim edilməsinə yol verilmir.
Qaliblərin müəyyən edilməsi:
- Təqdim olunan fotolar müsabiqə üçün təyin edilmiş münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
- Münsiflər heyəti tərəfindən seçilmiş qaliblərə Dövlət Xidmət tərəfindən sertifikatlar təqdim olunacaq.
Zemfira Ms
Fins.az