Son dövrlərdə Rusiyada siqaret tələbatında ciddi azalmalar müşahidə olunur.
Fins.az xəbər verir ki, mütəxəssislərin 45 milyon çekin analizindən əldə olunan məlumatlara görə, siqaret satışları 2024-cü ilin yayında illik basisdə 22% azalıb. Yaz dövründə bu göstərici 19%, qışda isə 16% təşkil edib.
Eyni zamanda, 2024-cü ildə siqaretlərin orta qiymətinin 2023-cü illə müqayisədə 4-9% artması da qeyd edilib. "Kontur.Market" analitiki Darya Jigalina, Rusiyada siqaret satışlarının 2024-cü ildə ortalama 19% azaldığını vurğulayıb. Bu azalma, ölkədə siqaretdən imtina etmə trendinin getdikcə daha da güclənməsi ilə bağlıdır.
Bu arada, Rusiyada bəzi vape mayelərinin satışına qoyulan qadağa da qüvvəyə minib. Bu cür tədbirlər, siqaret və digər nikotin məhsullarına olan tələbatın azaldılmasına yönəlmiş genişmiqyaslı mübarizənin bir hissəsi kimi qiymətləndirilir.