BİZNES

01 Oktyabr

Həştərxandan Azərbaycana 10 tona yaxın balıq tədarük edilib

Bu ilin 20-26 sentyabr tarixlərində Rusiyanın Həştərxan vilayətindən Azərbaycana 9,9 ton balıq tədarük edilib.

Fins.az Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (Rosselxoznadzor) məlumatına əsasən, xəbər verir ki, Xidmətin müvafiq idarəsi tərəfindən Azərbaycana göndərilən məhsullara baytarlıq nəzarəti tədbirləri həyata keçirilib. İxrac edilən məhsul alıcı ölkənin tələblərinə cavab verib, onun keyfiyyəti və təhlükəsizliyi laboratoriya sınaqlarının aktları ilə təsdiqlənib.