BİZNES

30 Sentyabr

"Coca-Cola" Azərbaycan şirkətini məhkəməyə verib

"Azerbaijan Coca-Cola Bottlers" MMC, "Optimos Universal" MMC-yə qarşı məhkəmə iddiası qaldırıb.

Fins.az xəbər verir ki, iddia, alqı-satqı müqavilələrindən irəli gələn öhdəliklərə əsaslanır.

Məhkəmə işi Bakı Kommersiya Məhkəməsində aparılır və iddia hakim Leyla Əliyevanın icraatındadır.

Fuad Mədətov
Fins.az