BİZNES

27 Sentyabr

Dərman preparatları və tibbi maskaların istehsalında artım var

Bu ilin yanvar-avqust aylarında ölkədə əczaçılıq məhsullarının istehsalı sahəsində 7485,7 min manat dəyərində dərman preparatları istehsal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 4,6 faiz və ya 329 min manat çoxdur.

Fins.az Dövlət Statistika Komitəsinin hesabatına əsasən, xəbər verir ki, ötən ilin yanvar-avqust aylarına nisbətdə tibbi maskaların istehsalı 66,7 faiz artaraq 1,5 milyon ədəd təşkil edib.

Cari ilin sentyabr ayının 1-nə dərman preparatları üzrə hazır məhsul ehtiyatı dəyər ifadəsində 1192,5 min manat, tibbi maskalar üzrə isə 5,9 milyon ədəd olub.