Azərbaycanda karbon qiymətqoyma alətləri mövcud olsa da, onlar hələ tam olaraq aktiv şəkildə tətbiq edilmir.
Fins.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Bakıda keçirilən karbon qiymətləndirilməsi üzrə beynəlxalq konfransda bu məsələnin qlobal səviyyədə nəzərdən keçirildiyini və ölkədə ekoloji vergitutmanın redizayn edilərək uyğunlaşdırılacağını vurğulayıb.
S.Musayeva bildirib ki, karbon qiymətqoyma sistemini daha effektiv etmək üçün sahibkarlar, dövlət, qeyri-hökumət təşkilatları (QHT-lər) və digər maraqlı tərəflər simulyativ rolda çıxış edə bilərlər:
"Bu proses yaşıl iş yerlərinin yaradılmasına da müsbət təsir göstərə bilər. Eyni zamanda, biznes mühitinin formalaşması və vergiqoyma məsələləri bu kontekstdə vacibdir və əlavə müzakirə tələb edir".
S.Musayeva onu da qeyd edib ki, Azərbaycanın milli iqlim məqsədlərinə çatmaq üçün səylərini davam etdirəcəyini də qeyd edib.
Fuad Mədətov
Fins.az