"Alas Academy" MMC siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xəta üzrə məhkəməyə verilib.
Fins.az xəbər verir ki, şirkət barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol tərtib edilib. Bu maddəyə əsasən, işəgötürənin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsləri işlərə cəlb etməsi cərimələrlə nəticələnir. Cərimələrin məbləği fiziki şəxslər üçün 1000-2000 manat, vəzifəli şəxslər üçün 3000-5000 manat, hüquqi şəxslər üçün isə 20000-25000 manat arasında dəyişir.
Bu iş Bakı Şəhər Nizami Rayon Məhkəməsində hakim Mətanət Hacıyevanın icraatındadır.
Fuad Mədətov
Fins.az