BİZNES

24 Sentyabr

"Bakı Şampan Şərabları" ASC cərimə oluna bilər

“Bakı Şampan Şərabları” ASC müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinə mane olmaqla inzibati xəta törətməkdə ittiham edilir.

Fins.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə protokol təqdim edilib.

Bu maddəyə əsasən, maliyyə bazarlarında nəzarət edilən subyektlərin müvafiq orqanın tələb etdiyi məlumatları təqdim etməməsi və ya təhrif olunmuş məlumat verməsi cəzalandırılır. Vəzifəli şəxslər 500-600 manat, hüquqi şəxslər isə 1500-2000 manat cərimə oluna bilər.

Məsələ Bakı Şəhər Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsgərova tərəfindən icra olunur.

Fuad Mədətov
Fins.az