BİZNES

23 Sentyabr

Böyük Britaniya vergi dəyişiklikləri, varlıların kütləvi köçünə səbəb olur

Böyük Britaniyada vergi siyasətindəki dəyişikliklər varlı şəxsləri və investorları ölkədən çıxmağa məcbur edir.

Fins.az xəbər verir ki, Leyborist Partiyasının lideri və Baş Nazir Kir Starmer tərəfindən təklif olunan yeni vergi təşəbbüsləri, xüsusən irs vergisi, kapital qazancı və investisiya gəlirləri üzərindəki mümkün artımlar, narahatlıq doğurur.

Varlı şəxslər daha cəlbedici vergi mühiti olan Malta və Monako kimi ölkələrə köç edirlər, bu da Britaniya iqtisadiyyatından kapital axınına səbəb olub. Ekspertlər, bu vəziyyətin investisiya mühitini ciddi şəkildə zədələyə biləcəyini bildirirlər. Leyborist Partiyası isə bu tədbirlərin iqtisadi böhran və sosial ədalətsizlərlə mübarizə üçün zəruri olduğunu vurğulayır.