BİZNES

23 Sentyabr

"Fortis Group" MMC-nin xarici valyuta probleminə görə məhkəməyə verilib

"Fortis Group" MMC xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması səbəbindən inzibati xəta ilə üzləşib.

Fins.az xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən, bu xəta nəticəsində xarici valyutanın dəyərinin 30%-dən 50%-ə qədər cərimə tətbiq edilə bilər. "Az miqdarda" valyuta anlayışı 20 min manatadək olan məbləği əhatə edir.

Məhkəmə baxışı Abşeron Rayon Məhkəməsinin hakimi Abusət Qasımov tərəfindən 25 sentyabr 2024-cü il tarixində saat 10:20-yə təyin edilib.

2004-cü ildən fəaliyyət göstərən "Fortis Group" MMC, inşaat materialları istehsalı sahəsində ixtisaslaşıb və yalnız Azərbaycanda deyil, yaxın regionda da fəaliyyətini davam etdirir.

Fuad Mədətov
Fins.az