"Badamdar Estates" MMC, vergilərin və rüsumların ödənilməsi, maliyyə və sığorta qaydalarına riayət etməməsi səbəbindən (məcaburi auditdən yayınma) inzibati xəta ilə üzləşə bilər.
Fins.az-ın xəbərinə görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə protokol tərtib edilib.
Məcəllənin 464-cü maddəsinə əsasən, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilməli olan məcburi auditdən yayınmaya görə, vəzifəli şəxslərə 300 manatdan 600 manatadək, hüquqi şəxslərə isə 1500 manatdan 2500 manatadək cərimə tətbiq edilə bilər.
İş, Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahovun icraatındadır.
Fuad Mədətov
Fins.az