BİZNES

19 Sentyabr

Naxçıvanda mühasibatlıq və audit sistemləri beynəlxalq standartlara uyğunlaşdırılır

Naxçıvan Muxtar Respublikasında mühasibatlıq və audit sistemlərinin təkmilləşdirilməsi məqsədilə ardıcıl yeniliklər həyata keçirilir və tənzimləmə texnologiyaları beynəlxalq standartlara uyğunlaşdırılır.

Fins.az xəbər verir ki, bunu Naxçıvanın maliyyə naziri Həsən İsmayılov Bakıda keçirilən “Mühasiblərin və Auditorların VIII Avrasiya Forumu”nda bildirib.

İsmayılov qeyd edib ki, Naxçıvanda maliyyə və mühasibatlıq sahəsində innovativ yanaşmalara xüsusi önəm verilir. Elektron mühasibatlıq sistemlərinin tətbiqi maliyyə hesabatlarının daha çevik və şəffaf olmasını təmin edir, korrupsiya və sui-istifadə hallarının qarşısını alır və resursların optimal istifadəsinə şərait yaradır.

O, həmçinin düzgün və şəffaf mühasibat uçotunun dövlət qurumları arasında məlumat mübadiləsini və koordinasiyanı təkmilləşdirdiyini vurğulayıb. Bu yanaşma dövlət idarəetməsinin effektivliyini artırır, resursların düzgün bölüşdürülməsi və təyinatını daha səmərəli edir, eyni zamanda dövlət maliyyə resurslarının effektiv və şəffaf şəkildə idarə edilməsinə kömək edir.