BİZNES

18 Sentyabr

Vergi və gömrük inzibatçılığında islahatlar

2025-ci ildə Azərbaycanda vergi və gömrük sahəsində bir sıra yeniliklər tətbiq ediləcək. Maliyyə Nazirliyi tərəfindən açıqlanan ilkin dövlət büdcəsi və iqtisadi proqnozlara əsasən, gələn il vergi yükünün optimallaşdırılması, sahibkarlığın dəstəklənməsi, strateji sahələrə investisiyaların cəlb edilməsi və ekoloji nəqliyyatın stimullaşdırılması kimi əsas istiqamətlər müəyyən edilib.

Fins.az xəbər verir, bu çərçivədə, mikro sahibkarlara vergi güzəştləri, ekoloji nəqliyyat vasitələrinin dövriyyəsinin artırılması və vergi, gömrük inzibatçılığının təkmilləşdirilməsi üçün qanunvericilik islahatları həyata keçiriləcək. Yeniliklər ölkədə sahibkarlıq mühitini daha da yaxşılaşdırmağa və investisiya axınını artırmağa yönəlib.