BİZNES

17 Sentyabr

Azərbaycan ilə İraq arasındakı ticarət dövriyyəsi 49% artıb -Mikayıl Cabbarov

Bu gün Bakıda keçirilən Azərbaycan-İraq biznes forumunda iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda 170-ə yaxın İraq kapitallı şirkətin fəaliyyət göstərdiyini qeyd edib.

Fins.az xəbər verir ki, nazir çxıxşı zamanı həmin şirkətlərin müxtəlif iqtisadi sektorlar üzrə fəaliyyət göstərdiyini bildirib.

Onun sözlərinə görə, Azərbaycan şirkətləri də İraqda geniş potensiala malikdir:

"Onlar İraqda böyük infrastruktur layihələrində podratçı qismində iştirak edib və hazırda bu ölkədə inşaat, enerji, su təchizatı, yol və körpülərin tikintisi sahələrində yeni imkanlarla qarşılaşırlar".

M.Cabbarov həmçinin qeyd edib ki, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycan ilə İraq arasında ticarət dövriyyəsi illik müqayisədə 49% artıb.

Nazir, iki ölkə arasında münasibətlərin güclənməsi üçün 20 noyabr 2023-cü ildə İraq Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana rəsmi səfərinin əhəmiyyətini vurğulayıb:

"Bu səfər, iki ölkə arasında hüquqi əsasların genişləndirilməsinə və siyasi, sosial, turizm və nəqliyyat sahələrində sazişlərin və Anlaşma Memorandumlarının imzalanmasına töhfə verib".

Fuad Mədətov
Fins.az