BİZNES

16 Sentyabr

Azərbaycan və Rusiya arasındakı ticarət dövriyyəsinin həcmi 10 % artıb

2024-cü ilin ilk 8 ayında Azərbaycan və Rusiya arasındakı ticarət dövriyyəsinin həcmi, keçən ilin eyni dövrü ilə müqayisədə 10% artıb.

Fins.az Rusiya Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu məsələ Bakıda Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Rusiyanın kənd təsərrüfatı naziri Oksana Lut arasında keçirilən görüşdə müzakirə olunub.

Qeyd olunub ki, bu, iki ölkə arasındakı iqtisadi əlaqələrin gücləndiyini göstərir.

Fuad Mədətov
Fins.az