BİZNES

13 Sentyabr

"Giləzi-Kərpic" MMC "Azəriqaz"ı məhkəməyə verib

"Giləzi-Kərpic" MMC, "Azəriqaz" İB-ni məhkəməyə verib.

Fins.az xəbər verir ki, iddianın qaldırılma səbəbi hələlik açıqlanmayıb. İş Sumqayıt Kommersiya Məhkəməsində hakim İslam Əliyevin icraatındadır.

Məhkəmə baxış iclası 2 oktyabr 2024-cü il tarixində, saat 10:00-da keçiriləcək.

Fuad Mədətov
Fins.az