BİZNES

12 Sentyabr

"PMD Group" MMC valyuta tənzimi qaydalarının pozulmasına görə cərimələnə bilər

“PMD Group" MMC valyuta tənzimi qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb olunub.

Fins.az-ın məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edilib.

Bu maddəyə əsasən, avans ödənişi ilə xarici ölkələrə göndərilən valyutanın müqabilində müəyyən müddət ərzində malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi və nəticədə həmin valyutanın geri qaytarılmaması halında, vəzifəli şəxslərə cərimə tətbiq olunur. Bu cərimə məbləği valyuta vəsaitinin 10-20%-i arasında dəyişir. Hüquqi şəxslər üçün isə cərimə valyuta vəsaitinin 20-30%-i qədərdir.

İş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın icraatındadır.

Fuad Mədətov
Fins.az