“Masdar Enerji Azərbaycan” MMC gömrük qaydalarını pozduğuna görə inzibati məsuliyyətə cəlb oluna bilər.
Fins.az-ın verdiyi məlumata görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən protokol tərtib edilib.
İnzibati Xətalar Məcəlləsinin bu maddəsinə görə, malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsi zamanı qısa idxal bəyannaməsinin elektron formada təqdim edilməməsinə görə vəzifəli şəxslərə 1000 manat, hüquqi şəxslərə isə 1 500 manat cərimə tətbiq edilir.
Məsələ Bakı Şəhər Nəsimi Rayon Məhkəməsində hakim Anar İbadzadənin icraatındadır.
Fuad Mədətov
Fins.az