BİZNES

10 Sentyabr

TikTok gəlirləri Azərbaycanda vergiyə cəlb olunur

Azərbaycan və "TikTok" arasında kontent monetizasiyasından əldə edilən gəlirlərin vergiyə cəlb olunması ilə bağlı danışıqlar son mərhələdədir.

Fins.az xəbər verir ki, bunu Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov "Chain Reaction 2024" forumu çərçivəsində keçirilən "Rəqəmsal və metakainat iqtisadiyyatına giriş" adlı panel müzakirəsi zamanı bildirib.

F.Cəfərov qeyd edib ki, bu addım, Azərbaycanın rəqəmsal ekosistemi formalaşdırmaq strategiyasının bir hissəsidir:

"TikTok istifadəçilərinin ölkədə kontent yaradaraq qazandığı gəlirlərin tənzimlənməsi, milli biznesin rəqabət qabiliyyətini artırmaq və rəqəmsal infrastrukturu inkişaf etdirmək məqsədi daşıyır. Cəfərovun sözlərinə görə, rəqəmsal ekosistemin yaradılmasında məlumatların emalı, kibertəhlükəsizlik və ödəniş sistemləri mühüm rol oynayacaq".

Fuad Mədətov
Fins.az