BİZNES

10 Sentyabr

Qlobal konsaltinq şirkəti Azərbaycan bazarına daxil olmağı planlaşdırır

Qlobal konsaltinq şirkəti "FARI Solutions" Azərbaycan bazarına daxil olmağı planlaşdırır.

Fins.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında şirkətin baş əməliyyat direktoru Şafiq Amiri bildirib. O, Bakıda "Mənbədən innovasiyalara: kriptovalyuta bazarlarının yolu" mövzusunda keçirilən "Chain Reaction 2024" forumunda iştirak edir.

"FARI Solutions" dünya miqyasında dövlət və özəl sektorlarda fəal əməkdaşlıq edir. Şirkət hökumətlərə rəqəmsal transformasiya ilə bağlı təşəbbüslərdə dəstək göstərir və Azərbaycan hökumətinə də kömək edə bilər. "Biz hər zaman öz ekspertizamızı təqdim etməyə, irəliləyişə töhfə verməyə və iqtisadiyyatı və ekosistemin inkişafını dəstəkləməyə hazırıq," - deyə Şafiq Amiri vurğulayıb.