BİZNES

05 Sentyabr

Türk dövlətlərinin ortaq brendləri yaradılacaq

Bu il noyabrın 7-9-da İstanbulda keçiriləcək Türk Ticarət Sərgisində türk dövlətlərinin ortaq brendləri yaradılacaq.

Fins.az xəbər verir ki, bunu sərginin təqdimat konfransında təşkilatçı qurumun - Türk Dövlətləri Ticarət Yatırım İş Birliyinin nümayəndəsi Aygün Əliyeva bildirib.

Onun sözlərinə görə, sərginin məqsədi türk dövlətləri arasında ticarət, sənaye, investisiyalar və texnologiya sahələrində əlaqələri inkişaf etdirməkdir:

"Sərgidə 20-dən çox sahədə məhsul və yeni texnologiyalar nümayiş olunacaq, ölkələrin investisiya imkanları və sahibkarların problemləri müzakirə ediləcək".

A.Əliyeva, türk dövlətlərinin 178 milyon əhalisi və 1,9 trilyon ABŞ dolları iqtisadi gücü ilə böyük imkanlar təqdim etdiyi vurğulayıb. O, bildirib ki, sərgidə özəl sektor nümayəndələrinin də iştirak etməsi tövsiyə olunur.

Fuad Mədətov
Fins.az