BİZNES

05 Sentyabr

İtaliya şirkətləri Qarabağın bərpasında iştirak etməyə çalışırlar

İtaliya şirkətləri Qarabağın bərpasında iştirak etməyə çalışırlar.

Fins.az-ın məlumatına görə, İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi jurnalistlərə açıqlama verib.

“İtaliya hökuməti, İtaliya şirkətlərinin Azərbaycanda layihələr həyata keçirməsi məqsədilə daha çox müqavilə bağlamaq üçün səylərini artırır. İtaliya biznesi üçün işğaldan azad edilmiş ərazilərdə getdikcə daha çox imkanlar yaranır,” - deyə Traldi vurğulayıb.

O, əlavə edib ki, 44 günlük müharibənin sona çatmasından dərhal sonra İtaliya Qarabağa öz missiyasını göndərib.

“İtaliya, Qarabağ məsələsində Azərbaycanı hər zaman dəstəkləyib və biz Qarabağın bərpasında müxtəlif yollarla iştirak edə bilməkdən məmnunuq. Bu, münasibətlərimizin əsas aspektlərindən biridir,” - deyə Manuela Traldi qeyd edib.

Qeyd edək ki, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir.