BİZNES

03 Sentyabr

Bakıda Azərbaycan-Pakistan biznes forumu keçiriləcək

Sentyabrın 16-da Bakıda Azərbaycan-Pakistan biznes forumu keçiriləcək.

Fins.az xəbər verir ki, Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bu ölkənin özəlləşdirmə üzrə federal naziri, İnvestisiya Şurasının üzvü Əbdül Alim Xanla görüşüb və biznes forumla bağlı fikir mübadiləsi aparıblar.

Bildirilib ki, forumun məqsədi iki ölkə arasında işgüzar fəallığı artırmaq, investisiya imkanlarını genişləndirmək və birgə layihələri təşviq etməkdir.

Əbdül Alim Xan forumun müxtəlif sektorlarda, məsələn, ərzaq təhlükəsizliyi, informasiya texnologiyaları, səhiyyə, kənd təsərrüfatı sahələrində sərmayələrin artırılmasına kömək edəcəyini vurğulayıb. O, həmçinin, Türkiyə, Azərbaycan və Pakistanın regionun inkişafında mühüm rol oynaya biləcəyini qeyd edib.

Biznes forumda Pakistan nümayəndə heyətinə Əbdül Alim Xan və ticarət üzrə federal nazir Cam Kamal Xanın başçılıq edəcəyi planlaşdırılır. Azərbaycanın sərmayə imkanları arasında mayeləşdirilmiş təbii qaz, karbamid, elektrik enerjisi və digər sahələr yer alır.

Fuad Mədətov
Fins.az