BİZNES

03 Sentyabr

Rusiya, Azərbaycan və İran arasında Sovet dövründən sonra ilk ixrac qatarı yola düşəcək

Sentyabrın sonunda Ulyanovsk (Rusiya Federasiyası) - Bakı (Azərbaycan) - Astara (İran) marşrutu üzrə birbaşa yük qatarı ilk dəfə yola düşəcək.

Fins.az xəbər verir ki, bu barədə Ulyanovsk vilayətinin qubernatoru Aleksey Russkix regionun kompleks inkişafı üzrə qərargahın iclasında bildirib.

Qubertanor vurğulayıb ki, bu yük bloku qatarı "Orta Volqa-Xəzər-Fars" körfəzi dəhlizi çərçivəsində sentyabrın sonunda yola çıxacaq:

"Qatar azı 70 müxtəlif modifikasiyalı vaqondan ibarət olacaq, o cümlədən qapalı çənlər və bunker tipli vaqonlar mövcuddur. Hər bir qatar 3,5 min ton müxtəlif məhsulun, o cümlədən aqrar-sənaye kompleksinin və ağac emalının məhsullarının, habelə sənaye mallarının daşınması üçün nəzərdə tutulub.

Qubernator, həmçinin, qatarın Azərbaycan, İran və qonşu ölkələrdə istehsal olunan mallarla yenidən yüklənməsi məsələsinin nəzərdən keçirildiyini bildirib.

A.Russkix qeyd edib ki, bu qatar Sovet İttifaqı dövründən bəri bu istiqamətdə hərəkət edən ilk ixrac qatarıdır.

Qatarın işə salınması Azərbaycanın Baş naziri Əli Əsədov ilə razılaşmalar, Rusiya və Azərbaycanın dəmir yolu qurumlarının koordinasiyalı işləri, Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyi və digər qurumların dəstəyi nəticəsində baş tutub.

Fuad Mədətov
Fins.az