Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC 2023-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Fins.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "HLB Azərbaycan" MMC-dir.
Qalib şirkətə 18 min manat ödəniləcək.
Fuad Mədətov
Fins.az