“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Qarabağ” Ro-Ro gəmisinin adını dəyişərək (rebrendinq) “Mingəçevir” edib.
Fins.az bu barədə ASCO-ya istinadən xəbər verir.
Məlumata görə, gəmi yenə də Xəzərdə Bakı-Türkmənbaşı-Bakı və Bakı-Kurık-Bakı xətlərində daşımalar həyata keçirəcək. "Mingəçevir" hazırda Türkmənbaşıdan Bakı istiqamətinə doğru üzür.
Xatırladaq ki, “Qarabağ” gəmi-bərəsi 2008-ci ildə istismara verilib. Onun uzunluğu 154,5, eni 17,5 metr, sürəti 14 dəniz milidir. Tam yükgötürmə qabiliyyəti isə 5 985 tondur.
Fuad Mədətov
Fins.az