Tovuz Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib.
Fins.az xəbər verir ki, görüş gömrük-biznes əlaqələrinin daha da gücləndirilməsi, idxal-ixrac əməliyyatları zamanı sahibkarların qarşılaşdıqları məsələlərin öyrənilməsi və operativ şəkildə həll edilməsi, onların gömrük sistemində həyata keçirlən yeniliklər barədə məlumatlandırılması məqsədilə təşkil ounub.
Biznes subyektlərinə gömrük sistemində həyata keçirilən yeniliklər, xüsusilə rəqəmsallaşmanın genişləndiriməsi, vətəndaş-məmur təmasının minimuma endirilməsi, məmnunluğun artırılması, əməliyyatların asan və sürətli şəkildə həyata keçirilməsi istiqamətində reallaşdırılan təkmilləşdirilmələr barədə məlumat verilib.
Sonda biznes subyektlərinin təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Zemfira Ms
Fins.az