Daşkənddə Özbəkistan-Azərbaycan biznes forumu işə başlayıb.
Fins.az xəbər verir ki, forumun açılış mərasimində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov iştirak ediblər.
Bu forum, iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi, əməkdaşlığın inkişafı və investisiyaların cəlb edilməsi baxımından böyük əhəmiyyət daşıyır. Tədbir çərçivəsində ticarət həcminin artırılması, təcrübə mübadiləsi və biznes nümayəndələri arasında yeni tərəfdaşlıq əlaqələrinin qurulması kimi mövzular müzakirə olunacaq.
Forumun əhəmiyyətini artıran digər bir məqam isə "Made in Azerbaijan" sərgisinin keçirilməsidir. Bu sərgi, Azərbaycan məhsullarının Özbəkistan bazarında tanıdılması və ölkələr arasında ticarət əlaqələrinin genişləndirilməsi məqsədi daşıyır.
Fuad Mədətov
Fins.az