BİZNES

22 Avqust

"MPAY" ödənişləri "SİMA İmza" ilə limitsiz və rahatdır!

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imza “MPAY” elektron pulqabısına inteqrasiya edilib.

Artıq müştərilər “MPAY” mobil tətbiqindəki 300 manatdan yuxarı ödənişlər və pul köçürmələri zamanı tələb olunan kimliyin təsdiqlənməsi prosesini “SİMA İmza” vasitəsilə rahatlıqla həyata keçirə bilərlər. Qeyd edilən məbləğdə ilk dəfə ödəniş edən müştəri avtomatik olaraq “Eyniləşdirmə” bölməsinə yönləndirilir. Burada o, “SİMA İmza”nın üztanıma testindən keçməli və ödənişi (köçürməni) həyata keçirən şəxsin həqiqətən özü olduğunu təsdiq etməlidir. Üztanıma tələbi yalnız bir dəfə tətbiq olunur və sonrakı ödənişlərdə müştəri özü təyin etdiyi PIN kodu daxil etməklə böyükhəcmli pul köçürmələrini reallaşdıra bilir.

Qeyd edək ki, SİMA rəqəmsal imza ilə vətəndaşların xidmət mərkəzlərindən asılılığına son qoyulur, xidmət göstərənlərin iş yükü və xərcləri azalır. “SİMA İmza”nın istənilən sistemə inteqrasiya oluna bilməsi istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran “SİMA İmza” ölkəmizdə biznes proseslərini sürətləndirir. SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

Zemfira Ms
Fins.az