İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 16 nəqliyyat vasitəsi satılıb. Nəqliyyat vasitələri üzrə hərrac rəqabətli keçib.
Fins.az xəbər verir ki, start qiyməti 24.000 manat olan “Hyundai County” markalı avtobus 35.000 manata, 5.200 manat olan “Nissan Sunny” markalı nəqliyyat vasitəsi isə 10.300 manata satılıb.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə //clck.ru/3Bowx2 linki vasitəsilə tanış olmaq olar.
Cari ay üzrə keçiriləcək 16, 23 və 30 iyul tarixli növbəti hərraclarda səhmdar cəmiyyətlərinin səhm paketi, nəqliyyat vasitələri və müxtəlif növ avadanlıqlar çıxarılacaq.
Hərraca çıxarılan əmlakların siyahısı ilə //clck.ru/3BfQrn linki vasitəsilə tanış olmaq mümkündür.
İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyərək iştirakçı statusu əldə etmək olar.
Fuad Mədətov
Fins.az