BİZNES

24 İyun

Mühasibatlıq xidmətləri: Vaxta və xərclərə maksimum qanaət!

Hər bir müəssisə məlumatlarının etibarlı saxlanılması və dəqiq mühasibat uçotunun aparılmasını istəyir. Mühasibatlıq tələbləri müəssisənin miqyasından və strukturunun mürəkkəbliyindən asılıdır. Lakin hər durumda, etibarlı informasiya müəssisə dəyərlərinə inam yaratmaq üçün vacibdir.

Fins.az xəbər verir ki, məhz bu baxımdan “VT Consulting” şirkəti peşəkar mütəxəssisləri yüksək keyfiyyətli mühasibatlıq və biznes xidmətləri təqdim edir.

Mühasibatlıq komandası maliyyə uçotunun təşkilinə, məlumatların vaxtında işlənməsinə, yerli mühasibatlıq və vergi tələblərinə uyğun hesabatların hazırlanmasına kömək edir. Mühasibat uçotunun outsorsinq xidmətlərindən istifadə edərək, müştərilərin ixtisaslı mühasiblərdən təşkil olunmuş komanda daha səmərəli və dəqiq maliyyə xidmətləri, xərclərin və risklərin azaldılması imkanlarından yararlana bilərlər.

“VT Consulting” şirkətinin mühasibatlıq xidmətləri aşağıdakı fəaliyyətləri əhatə edir:

- “Asan İmza” ilə aparılan bütün proseslərin görülməsi;
- Maliyyə itkilərinin qarşısının alınması;
- Şirkətin yaradılması, bank hesabının açılması, möhürün alınması, “Asan İmza”;
- Qanunvericiliyə uyğun mühasibat uçotunun aparılması;
- Bütün növ vergi hesabaların verilməsi;
- Vergi hesabatların hazırlanması (Sadələşdirilmiş, ÖMV və sair hesabatlarının göndərilməsi);
- ƏDV hesabatının aylıq göndərilməsi və ƏDV əvəzləşdirilməsi;
- DSMF hesabatlarının hazırlanması (məcburi dövlət sosial sığorta hesabatı və işsizlikdən sığorta haqqında hesabat);
- Statistika hesabatlarının hazırlanması;
- Məşğulluq hesabatlarının hazırlanması;
- Obyektlərin və kassa aparatlarının rəsmi qeydiyyata alınması və çıxarılması;
- Elektron Vergi Hesab Fakturaların və Elektron Qaimələrin tərtib olunması;
- Müəssisənin fəaliyyət növü və kodun alınması;
- Hüquqi və Fiziki şəxsin fəaliyyətinin aktivləşməsi, ləğvi və bərpa edilməsi əməliyyatları;
- Vergi orqanı ilə danışıq və yazışmaların aparılması;
- Vergiyə dair daimi məsləhət xidmətləri;
- Kassa əməliyyatlarının uçotu;
- Bank əməliyyatlarının uçotu;
- Təhtəlhesab şəxslərlə hesablaşmaların uçotu ( avans hesabatı);
- Ticarətdə satılmış, eyni zamanda gömrükdən gətirilən malların maya dəyərinin hesablanması;
- Kadr uçotunun təşkili (işə qəbul, xitam, vəzifə və maaş dəyişikliklərinin elektron hökumət portalına daxil edilməsi; işə qəbul, işdən çıxma, vəzifə dəyişikliyi əmrlərinin yazılması və s.);
- Əmək haqqının uçotu (əmək haqqı və ona bərabər tutulan ödənişlərin (ezamiyyət, məzuniyyət, xəstəlik vərəqəsi, overtime, gecə növbəsi və s.) hesablanması və işçilərə ödənməsi);
- Debitor və Kreditorlarla hesablaşmalar(alıcılar və satıcılarla hesablaşmalar);
- Maliyyə hesabatlarının hazırlanması (Balans və sair);
- Mühasibatlığa dair daimi məsləhət xidmətləri;
- Müəssisənin və Fiziki şəxsin riskli vergi ödəyiciləri siyahısından çıxarılması;
- Uyğunsuzluqların aradan qaldırılması;
- Vergi risklərinin minimallaşdırılması, müəyyən edilməsi, yükün azaldılması;
- Şəxsi Hesab Vərəqəsinin daima nəzarətdə saxlanılması.

Şirkətdən bildiriblər ki, əməkdaşlıq etdiytiniz təqdirdə münasib qiymətə əməkdaşlıq etməklə həm vaxta, həm xərclərə maksimum qanaət ediləcək.

Ətraflı məlumat üçün müraciət edə bilərsiz:

Tel.: (+994 55) 546 98 30 / Vüqar Bağırov