Azərbaycanın uğurlu və qabaqcıl inkişaf modeli həqiqətən də dünyanın digər ölkələrinə ilham verir.
Fins.az xəbər verir ki, bunu BƏƏ-nin İnkişaf və gələcək hökumət məsələləri üzrə dövlət naziri Ohud Bint Xəlfan Əl Rumi Azərbaycan - Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Nazirlərinin Təcrübə Mübadiləsi Forumunda çıxışı zamanı deyib.
“BƏƏ və Azərbaycan arasında hər zamankından daha güclü olan möhkəm münasibətlərin dərinliyini qeyd etmək istərdim”, - o bildirib.
Onun sözlərinə görə, buna BƏƏ Prezidentinin 2024-cü ilin yanvarında Azərbaycana səfəri də sübutdur: “Bu səfər iki ölkə arasında bir çox mühüm sazişlərin imzalanması ilə əlamətdar oldu. Bugünkü forum təcrübə mübadiləsi üzrə dövlət proqramına dair imzalanmış saziş çərçivəsində keçirilir”.