BİZNES

10 İyun

Azərbaycanda əhalinin yalnız 69%-i mobil geniş zolaqlı internetdən istifadə edir

Azərbaycanda şəhər və kənd yaşayış məntəqələrinin 94%-i mobil şəbəkə ilə əhatə olunub.

Fins.az xəbər ki, bunu Dayanıqlı inkişaf: çağırışlar və həllər" mövzusunda keçirilən tədbirdə BMT-nin Azərbaycandakı Rezident Əlaqələndici Ofisinin rəhbəri Kanako Mabuçi deyib.

Onun sözlərinə görə, əhalinin yalnız 69%-i mobil geniş zolaqlı internetdən istifadə edir:

“Təhillər göstərir ki, geniş zolaqlı mobil rabitənin ümumi qəbulu və əhatə dairəsi yüksək olsa da şəhər və kənd yerləri arasında internetin keyfiyyəti, sürəti, istifadəsi və sərfəliliyi baxımından rəqəmsal xətt, yəni uçurum qalmaqdadır. Mobil sənaye mobil internetin qəbulunda artımı təmin etmək, mobil xidmətlərdən istifadəni sürətləndirmək və davamlı biznes təcrübələrini əhatə etməklə müsbət dəyişikliklərə təkan vermək, icmaları gücləndirmək və davamlı gələcək yaratmaq imkanına malikdir. Mobil sənaye Dayanıqlı İnkişaf Məqsədələrinin icrasını yenidən öz qaydasına salmaq üçün səylərimizin bir hissəsi olmalıdır".

Fuad Mədətov
Fins.az