Azərbaycan ərazisi vasitəsilə yük axınında mühüm artım müşahidə olunur və Özbəkistan Azərbaycan ərazisi vasitəsilə minimum 1 milyon ton yük daşımağı hədəfləyir.
Fins.az xəbər verir ki, bu barədə bu gün Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Qüdrətov Qubada keçirilən II Özbəkistan-Azərbaycan Regionlararası Forumunda deyib
Onun sözlərinə görə, Özbəkistan Azərbaycanla əmtəə dövriyyəsini artırmağı planlaşdırır:
"Hazırda Azərbaycan və Özbəkistan arasında birgə layihələr paketi fəal şəkildə inkişaf edir və bu layihələr əmtəə dövriyyəsinin artmasına təsir göstərəcək. Bunlar tekstil, ipəkçilik, kənd təsərrüfatı, məişət texnikası və tikinti materiallarının istehsalı üzrə layihələrdir".
Nazir onu da qeyd edib ki, Özbəkistanın hazırda Azərbaycandan polimer məhsulları idxalını artırmağı planlaşdırır.
Fuad Mədətov
Fins.az